среда, 2 сентября 2009 г.

MEQALE

Servisin göstərilməsinin sərnişindaşımanın həcminə təsir imkanları
Rəhbər: i. e. n. Kərimov Balağa Ə.
Tələbə: Alıyev Kamil, Osmanov Elçin
Qrup: 417a
Xarici iqtisadi əlaqələrin böyük hissəsi xidmət mübadiləsinin üzərinə düşür. Xidmət mübadiləsini bəzən görünməyən ixracat adlandırırlar. Xidmət ixracedən ölkələrin çoxunda bu fəaliyyət xarici ticarət balansındakı kəsiri azaldan xeyli valyuta gəliri gətirir. Dünya görünməyən ixracat həcminin təqribən 25%-i nəqliyyat xidmətlərinin payına düşür. Qeyd etmək lazımdır ki, servis nəqliyyatın hər sahəsini olduğu kimi avianəqliyyatı da əhatə edir.
Hal-hazırkı dövrdə dünya aviasiya sistemində sərnişinlərə göstərilən xidmət getdikcə təkmilləşir.Servisin keyfiyyətinin yüksək olması aviaşirkətlərə əlavə sərnişin cəlb etməyə və bununla paralel olaraq əlavə gəlir əldə etməyə imkan verir.Mövzunun əsas xüsusiyyəti inkişaf etmiş ölkələrin və qabaqcıl aviaşirkətlərin praktikasından istifadə edərək avianəqliyyatda aviasərnişinlərə göstərilən servisi Azərbaycanda da inkişaf etdirməkdir.
Nəqliyyatın istehsal gücünün strukturunda dəyişiklik nəqliyyata olan təlabatın dəyişməsi ilə əlaqədardır. Nəqliyyat sistemləri sərnişin və yük axınlarının yeni tələblərinə uyğunlaşır. Bu tələblərdən mövzuya uyğun olaraq aşağıdakılarına nəzər salmaq istərdik .
1)Beynəlxalq və yerli daşımalarda komfortun artması.
2)Sərnişin və yük axınlarının müntəzəmliyin təmin edilməsi.
Demək olar ki, yuxarıda göstərilən tələblər avianəqliyyatda servisin əsasını təşkil edir və bunu da minimum servis adlandırmaq olar. Avianəqliyyatda servisin vacibliyini və cəlbetmə imkanlarını aydınlaşdırmaq üçün araşdırmalara ehtiyac vardır
Məsələn, 1987-ci ildə Yaponiyanın JAL aviaşirkəti sərnişinlər arasında “Nə üçün bu aviaşirkəti seçmisiniz?” mövzusunda sorğu keçirmişdir. Müəyyən edilmişdir ki, xarici vətəndaşlar arasında 29.8 % Yaponlar arasında isə 16.6% yüksək servislə əlaqədar olaraq JAL aviaşirkətini seçmişlər. Bu isə onu göstərir ki, əlavə göstərilən servisə görə 15% - 30% arasında əlavə sərnişin cəlb etmək olar.Daha dərin araşdırmalar isə, dünya aviaşirkətlərində istifadə olunan servis xidmətlərinə görə əldə edilən əlavə gəlirin aviaşirkətlərin ümumi qazancının 30%-ni təşkil etdiyini müəyyənləşdirmişdir.Qeyd etmək lazımdır ki, dünya aviaşirkətlərində əldə edilən gəlirin bu səviyyədə olması sərnişinlərə göstərilən servisin keyfiyyətindən asılıdır.
Bu sahədən əlavə gəlir əldə etməyin mümkünlüyünü nəzərə alan şirkətlər servisin keyfiyyətinin yüksəldilməsi və şaxələnib genişlənməsi üçün böyük kapital qoyuluşları edirlər.Hər-halda servisin keyfiyyətinin yaxşılaşdırılması üçün qoyulan sərmayə özünü doğruldur. Belə ki,əlavə göstərilən keyfiyyətli servisin sifarişçiyə təqdim olunması yeni sifarişçi axınının (sərnişin və yükgöndərən) və inanılmış alıcıların yaranmasına, şirkətin reklam edilib digər şirkətlərlə müqayisədə rəqabətə davamlı olmasına gətirib çıxarır.Nəzərə alsaq ki, servisin yüksəlməsində əsas faktor rəqabətdir və AZAL bölgədə olan digər aviaşirkətlərlə daim rəqabətdədir onda keyfiyyətli servis AZAL-ın gələcək inkişafı üçün vacibdir.
Keyfiyyətli servisin təşkili üçün dünyada qabaqcıl aviaşirkətlərin praktikasına müraciət etsək onda Azərbaycanda aviasiyasında servis xidmətinin mövcud problemlərini araşdırıb onları aradan qaldırmaq mümkündür
Hal-hazırda servislə bağlı sərnişinləri narahat edən problemləri sorğu və xronometraj üsulu ilə araşdırmaq məqsədə uyğun olardı. Məsələn: “British airways” şirkəti sorğu sisteminə “Video point” proqramını daxil etmişdir. Aviaşirkət “Hitrou” hava limanında içərisində videokamera olan 2 kabina yerləşdirmişdir. İstənilən sərnişin bura daxil olub aviaşirkət və onun təqdim etdiyi xidmətlər haqqında öz fikirlərini söyləyə bilər bu isə avtomatik olaraq videokameralar tərəfindən qeyd olunur.
Əlbətdə ki, sərnişinlər arasında aparılan sorğu və xronometraj üsulu göstərilən servisin keyfiyyətinin yüksəldilməsinə böyük təkan verəcəkdir.
Ədəbiyyat siyahısı.
1.Azərbaycan Respublikasının “Aviasiya haqqında” qanunu 24.06.2005
2. Тихонов В . М., Балашов Б. С. “Система мирового воздушного транспорта”
М. Фонд правовая культура 1993 г.
3.Костромина Е. В. “Экономика авиакомпании” Москва 2003

Комментариев нет:

Отправить комментарий